Menu

İranda 54 nəfər edam olunacaq

07.01.2025, 14:19
İranda 54 nəfər edam olunacaq

İran administrasiyası etiraz aksiyalarında və rejim əleyhinə fəaliyyətlərdə ittiham olunan 54 siyasi məhbus üçün ölüm hökmü çıxarıb.

İranda İnsan Haqları Fəallarının (HRAI) dərc etdiyi hesabata görə, müxtəlif bölgələrdəki məhkəmələrdə, xüsusən də Tehranın İnqilab və Cinayət Məhkəmələrində məhbuslar edam cəzasına məhkum edilib.

Qeyd olunub ki, Tehran məhkəmələri tərəfindən ən azı 24 nəfər, Xozistan, Rəzəvi Xorasan, Qərbi Azərbaycan, Sistan və Bəlucistan və Kordestan əyalətlərinin məhkəmələri tərəfindən isə 20 nəfərə ölüm hökmü çıxarılıb.

Bildirilib ki, İran Ali Məhkəməsi tərəfindən təsdiq edilən bu hökmlər icra olunmaq üçün icra şöbəsinə verilib.

“AzPolitika.info”

Şərhlər

Eıi 2025-01-07 15:44:59

Göresen bu vehşi ,allahsız fars molka ,ermerii naroman reyimi ne vaxt dağılacaq.Adını İskam respublikası qoyan bu fars milletçi şovinist rejimi İsman dininin teleblerini yerine yeturmekden bsşqa her şey ile meşğuldurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol