Menu

Rusiyada bakalavr pilləsi ləğv edilir

07.01.2025, 14:38
Rusiyada bakalavr pilləsi ləğv edilir

Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək.

Bildirilib ki, iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).

Təhsil və Elm Nazirliyindən bildirilib ki, cari proqramlar üzrə təhsil alan tələbələr ilkin olaraq seçilmiş plana uyğun olaraq onları bitirə biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol