Menu

ABŞ-ın büdcəsi təsdiqlədi - 1,1 trilyon dollar

14.12.2014, 12:20
ABŞ-ın büdcəsi təsdiqlədi - 1,1 trilyon dollar

Dünyanın ən nəhəng və güclü dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının 2015-ci il üçün dövlət büdcəsi təsdiqləndi.ANS PRESS-in məlumatına görə, ABŞ Senatı fikir ayrılıqları ilə müşayiət olunan ciddi müzakirələrdən sonra ölkənin dövlət büdcəsini qəbul edib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 40 senat səs verib.

Dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol