Menu

Həmzə Məmmədliyə hökm oxundu

07.01.2025, 20:55
Həmzə Məmmədliyə hökm oxundu

Azərbaycanda terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İş materiallarından belə məlum olub ki,  gənc müttəhim 2015-ci ildən Almaniyaya köçüb. O, həmin ölkədə tibb kolleci bitirdikdən sonra xəstəxanalardan birində həkim köməkçisi işləyib.

H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb.

2023-cü ildə Həmzə Almaniya vətəndaşlığı almağı bacarıb. Bununla yanaşı Azərbaycan vətəndaşlığını saxlayıb. Bu günə kimi də elə sonuncu statusda mühakimə edilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Məhkəmə müşavirə edib. Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Həmzə Məmmədli 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

"AzPolitika.info"

Şərhlər

Köhne 2025-01-07 23:27:12

Batasan dūnya....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol