Menu

"Terrorsuz Türkiyə hədəfimizə çatacağıq" - Ərdoğan

07.01.2025, 21:45
"Terrorsuz Türkiyə hədəfimizə çatacağıq" - Ərdoğan

Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında deyib.

O bildirib ki, Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb: "Suriya ilə bağlı öhdəmizə düşəni edəcəyik. Suriyalı qardaşlarımızın əlindən tutmağa davam edəcəyik".

Ərdoğanın sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır: "Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu məlumdur. Beynəlxalq ictimaiyyət həmin prosesə töhfə verməlidir. Türkiyə olaraq biz də bütün planlarımızı bu reallıqlara uyğun qururuq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol