Məlumat verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.

Sökülən ərazidə böyük layihə gerçəkləşdiriləcək. Bu, ADA Universitetinin baş planı əsasında həyata keçiriləcək.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə yerləşən Şəhriyar parkında da yenidənqurma işləri aparılacaq. Parkın yay aylarında sakinlərin istifadəsinə veriləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, park ərazisi uzun müddətdir restoranların şəxsi məqsədləri üçün istifadə edilirdi. Bu layihə nəticəsində isə abadlaşacaq park ərazisində həm böyüklərin, həm də uşaqların əyləncəli vaxt keçirməsi üçün bütün imkanlar yaradılacaq.

Eyni zamanda, ADA universitetinin kampusunda yerləşən və öncədən təməli qoyulan İtaliya-Azərbaycan Universiteti də burada fəaliyyət göstərəcək. Əldə etdiyimiz məlumata görə, universitetin inşası yekunlaşmaq üzrədir və təmir işləri aparılır. Bu il ali təhsil ocağının açılış mərasimi keçiriləcək.

Layihədə 4 nömrəli şəhər poliklinikasının da tarixi binasının bərpası nəzərdə tutulub. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da Şəhriyar Parkına köçürülməsi təklif olunur. (“Qafqazinfo”)

Qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.

"AzPolitika" xəbər verir ki, məlumatda sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, onun bundan imtina etdiyi bildirilibb: “Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi,nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdi. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.

İcra Hakimiyyətindən qeyd olunub ki, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.




















***

Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib: “Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi,nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdi. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.

İcra Hakimiyyətindən “report”a qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.

Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının sökülməsi ilə bağlı videokadrlar paylaşılıb.