Menu

Türkiyə Ordusu döyüş hazırlığına gətirilib

09.01.2025, 10:29
Türkiyə Ordusu döyüş hazırlığına gətirilib

Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçu PKK yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Report” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

"Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib", - məlumatda bildirilib.

Qeyd edib ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır.

"Bunlardan biri hərbi əməliyyatlardır", - qəzet vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol