Plastik cərrah Türkan Gündüzü öldürməkdə ittiham olunan əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.
Dövlət ittihamçısı Samir Məmmədov məhkəmədən Muhammet Gündüzün 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“AzPolitika” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
Xatırladaq ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.


Şərhlər