Menu

“Tramp Putinə nəsə verməyə çalışmır” - “O, tərəflərə 100 gün vaxt verəcək”

09.01.2025, 14:46
“Tramp Putinə nəsə verməyə çalışmır” - “O, tərəflərə 100 gün vaxt verəcək”

“Tramp Putinə, yaxud rusiyalılara nəsə verməyə çalışmır”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, “Tramp Putinə və ya ruslara nəsə verməyə yox, Ukraynanın xilas edilməsini və onun suverenliyinin qorunub saxlanmasını təmin etməyə çalışır”: "O, bunun (Ukrayna məsələsinin həllinin) ədalətli və dürüst olduğuna əmin olmaq niyyətindədir. O, həm Zelenski onu “Trump Tower”-də ziyarət edəndə, həm də mətbuat konfransında bunu müzakirə edərkən bu barədə dəfələrlə danışıb".

O, həmçinin əlavə edib ki, Tramp həm Zelenski, həm də Putinlə dialoq aparacaq və razılaşma əldə etmək üçün mümkün son tarix kimi 100 gün göstərəcək.

Kelloq aydınlaşdırıb ki, Trampın adından danışmaq istəməyib, çünki seçilmiş prezident öz mövqeyini müstəqil şəkildə ifadə edir. Eyni zamanda, Kelloq qeyd edib ki, Trampın komandasının imkanları o, inauqurasiyadan sonra rəsmi olaraq vəzifəyə başlayan kimi genişlənəcək.

Seçkilərdən sonra keçirdiyi ikinci mətbuat konfransında Tramp  ABŞ-ın hazırkı prezidenti Co Baydeni Ukrayna ətrafında apardığı siyasətə görə tənqid edib. Seçilmiş prezidentin sözlərinə görə, Bayden Kiyevin NATO-ya mümkün qəbulu ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib. Tramp hesab edir ki, Bayden administrasiyası Rusiyanı Ukraynaya hücuma təhrik edə bilərdi, çünki Kreml Vaşinqtonun səriştəsizliyini görüb.

Jurnalistlərlə söhbətində Kelloq təsdiqləyib ki, Baydenin Rusiya Prezidenti Vladimir Putinlə dialoqdan imtina etməsini böyük səhv hesab edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol