Menu

"Putin üzr istəyib və..." - Peskov təyyarəmizin vurulmasından danışdı

09.01.2025, 15:34
"Putin üzr istəyib və..." - Peskov təyyarəmizin vurulmasından danışdı

Rusiya Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.

O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.

"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və əməkdaşlıq həyata keçirilir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib", - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və bunun nəticəsindəQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində insidentin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib.

Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir: “İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.

Şərhlər

Mubariz 2025-01-09 17:38:47

Bu sırtıqlıqda Simonyanı ,gorbagor Kesoyanı keçib ki

ƏNHU 2025-01-09 15:43:34

Bəs deyirdiniz ki, bizim heç nədən xəbərimiz yoxdur. Təyyarənizi göydə uçan qazlar dişləyib? İndi üzr istəyirsiniz. Zəhmət çəkin qazlardan da üzr istəyin.Kompensasiyanı da unutmayın. Öz də tez olun. Bir də ki, SLAVA UKRAİNİ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol