Menu

“Təbrizin imam cüməsi də Ərdəbildəki həmkarından geri qalmır” - Elxan Şahinoğlu

09.01.2025, 18:12
“Təbrizin imam cüməsi də Ərdəbildəki həmkarından geri qalmır” - Elxan Şahinoğlu

“Azərbaycan və Türkiyəyə qarşı ən təxribatçı və çirkin açıqlamaları illərdir Ərdəbilin imam cüməsinə söylədirlər. Ali dini liderin Ərdəbildəki nümayəndəsi müxtəlif toplantılarda çıxışlar edir, açıqlamalar verir, yəni idman dili ilə desək daima “formadadır”. Bəs görəsən Təbrizin imam cüməsi necə Ərdəbildəki həmkarı kimi düşünür? Kiçik araşdırma apardım və məlum oldu ki, o da rəhbərindən aldığı tapşırıqları canla-başla yerinə yetirir və Azərbaycan əleyhinə açıqlamalarında Ərdəbildəki həmkarından geri qalmır”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

Ekspert vurğulayıb ki, Tehranın və Qumun məqsədi Güneydəki azərbaycanlıların əyalət mollaları kimi düşündüyünü bizə təlqin etməkdir.

“Əlbəttə, əyalət mollalarını dinləyənlər içərisində rejimi dəstəkləyən azərbaycanlılar var. Ancaq Ərdəbil və Təbrizdə çap hərflərlə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev Başqan” və “Yaşasın Şam fatihi Ərdoğan Rəis” şəkillərini divarlara yapışdıran azərbaycanlılar da az deyil. Bunu görməmiş deyillər” – deyə, Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”



Şərhlər

Mubariz 2025-01-09 19:17:57

Görrəsən Şeyx haralardadır ? Yoxsa vicdan axtarışına çıxıb ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol