Menu

Qızılın qiyməti maksimuma çatıb

10.01.2025, 11:32
Qızılın qiyməti maksimuma çatıb

Qızılın bir troya unsiyası üçün qiyməti dekabrın 13-dən bəri ilk dəfə 2 700 ABŞ dollarını ötüb.

“Report” xəbər verir ki, bu barədə birja məlumatlarında deyilir.

Nyu-Yorkun Comex birjasında qızılın bir troya unsiyası üçün fevral fyuçerslərinin qiyməti 9,39 ABŞ dolları və ya 0,35 % artaraq 2700,19 ABŞ dolları təşkil edib.

Gümüşün bir unsiyası üçün mart fyuçerslərinin qiyməti isə 0,48 % artaraq 31,165 ABŞ dollarına çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol