Menu

SAMİR ŞƏRİFOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu + DOSYE

10.01.2025, 20:55
SAMİR ŞƏRİFOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu + DOSYE

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 

1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

-1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı;

 -1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini;

-1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor;

-2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru;

-2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri vəzifələrində işləyib.

2006–2024-cü illərdə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb.

Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.

Bu gün - 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub.

Evlidir, üç övladı var.

Şərhlər

Kolxoz Əhməd 2025-01-15 19:47:47

Az. Sovet Sosialist dövründən hər veduşiy-aparıcı vəzifəni birbaşa əvəzləyə biləcək 1dən 3ə qədər namizəd olardı! Onda da geniş tanışsızlıq-əlaqəsiz səmərəli işləmək çətindi? Mətbuatdan izlədiyimə görə Kremllə antoqonizmə girişən Erməniistan ötən il Fransa-RF-Ərəblərlə büdcədən kənar əlaqələrdən 30 milyard ABŞ dollarından çox pul qazanıblar! Ağ ev Kremldən geri qalmamaq üçün ekspromt sazişə getdi!?

Orxan 2025-01-11 16:14:47

Buna azad etmə deyilir.yoxsa irəli çəkilmə? Başlıq yazanda diqqətli olun.

Mirzə 2025-01-10 20:09:51

Anlamaq olmur bizim bu Nazirlər kabinetimizi "ştrafnoy batalyondurmu", korrupsioner oliqarx məmurlar üçün elitar, sığortalı, mötəbər stirahət yeridirmi ya nazirlər kabinetidirmi? Çox qarmaqarışıqlıqdır. Bir şey məlumdur ki, ora çoxdan Nazirlər kabineti deyil...

Lətif Ağayev 2025-01-10 13:23:43

Deməli Prezidentin tələbə yoldaşı olub. Ona görə nazir olub.Belə-belə işlər....

Vətəndaş 2025-01-10 13:05:29

İndi onun yerinə eləsi təyin olunanacaq ki,millət buna şükür edəcək. Necə ki Səlim Müslümovun yerinə Sahilı gətirdilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol