Menu

Rəsilə Əliyeva namizədliyini geri götürdü

10.01.2025, 20:50
Rəsilə Əliyeva namizədliyini geri götürdü

Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

APA-nın əldə etdiyi xəbərə görə, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.

Şərhlər

Mubariz 2025-01-10 20:44:02

Yəni bizdə seçki olacaq ? Deyəsən Azərbaycan iri addımlarla komunizmə gedir

Hərbi təqaüdçü 2025-01-10 17:21:29

Bu xanımdan nə istəyirsiniz başa düşə bilmirəm.Hər kəsin səhvi ola bilər amma bir səhvə görə ali təhsili ziyalı bir xanım işsiz qalmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol