Menu

Təl-Əvivə PUA ilə zərbə endirilib

10.01.2025, 18:05
Təl-Əvivə PUA ilə zərbə endirilib

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Təl-Əvivə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.

"Yəmən silahlı qüvvələri Tel-Əviv ərazisində İsrailin hədəflərinə üç PUA ilə hücum edərək əməliyyat həyata keçirib. PUA-lar hədəflərinə uğurla çatıb", - husilərin "Al Masirah" telekanalında yayımlanan bəyanatında üsyançıların nümayəndəsi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol