Menu

Ermənisran Minsk qrupunun ləğvinə razılaşdı – ATƏT-ə müraciət ediləcək

11.01.2025, 12:10
Ermənisran Minsk qrupunun ləğvinə razılaşdı – ATƏT-ə müraciət ediləcək

Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

"Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir", - o qeyd edib.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir.

"AzPolutika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol