Menu

İsrail Ronen Krausu Azərbaycana yeni səfir təyin edib

13.01.2025, 00:04
İsrail Ronen Krausu Azərbaycana yeni səfir təyin edib

İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.

“Report”un xəbərinə görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol