Menu

Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

16.01.2025, 21:08
Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

Son aylarda kartofun bahalaşdığı müşahidə edilir.

“AzPolitika” ATV-yə istinadən xəbər verir ki, bahalaşma həm bazarlarda, həm də mağazalarda hiss olunur.

Belə ki, 1 manat 30 qəpiyə satılan kartof hazırda 1 manat 79 qəpiyə təklif olunur.

Ekspertlər isə deyirlər ki, Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bu il digər kənd təsərrüfatı məhsulları kimi kartofun da məhsuldarlığı aşağı olub.

Ona görə də, əvvəlki illərdən fərqli olaraq, hazırda bazarda kartof qıtlığı özünü daha tez büruzə verir.

Ətraflı süjetdə:

Şərhlər

Fuad 2025-01-16 16:15:36

Kartofun keyfiyyətinə' diqqət edən yoxdur. Satışa verilən karyoflar zədəli və əksəri varabdırr.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol