Menu

ADI QALMAQALDA HALLANAN NAZİR MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Mariana Vasileva kimdir? + DOSYE

16.01.2025, 21:11
ADI QALMAQALDA HALLANAN NAZİR MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Mariana Vasileva kimdir?  + DOSYE

Gənclər və İdman nazirinin müavini Mariana Vasileva vəzifəsindən azad olunub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq sənəcam imzalanıb.

Qeyd edək ki, bu ayın əvvələrində ölkə mətbuatında Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın ömürlük diskvalifikasiya edildiyi barədə xəbərlər yayılıb. Həmin xəbərlərdə bildirilirdi ki, o, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.

Xatırladaq ki, Mariana Vasileva 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. O, bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 

2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın “Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.


2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.

2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

M.Vasileva 2013-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu ilə təltif edilib.

Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

"AzPolitika.info"

Şərhlər

Oxucu 2025-01-20 02:18:19

Sir sifətindən ALKAŞA oxşayır.

Roma 2025-01-17 21:56:30

Azərbaycan dilində iki kəlmə söz bilməyənin biri nə üçün nazir müavini olmalıdır???...Əgər yaxşı mütəxəssisdirsə qoy o sahənin baş məşqçisi olsun...vəssalam

Mübariz 2025-01-17 17:42:53

Bu qadın öz başına Azərbaycanda peyda olmayıb.Onu tapan və məqsədli şəkildə Azrbaycana gəlməsini təşkil edən şəxs açqlanmalı və belə halların təkrar olunmaması üçün kimin təqdimatı ilə nazir müavini təyin edilməsi ifşa olunmalıdır.İctimaiyytə bu barədə məlumat verilməlidir....

Rafiq 2025-01-17 11:31:34

Bəs bunu Azərbaycana kim və nə məqsədlə gətirdi , necə və kimin zəmanəti ilə Bolqarıstan vətəndaşının Azərbaycanda nazir müavini təyin edilməsinə imkan verdi?Bu araşırılmalı və ictimaiyyətə çatdrılmalıdır ...

Nuru 2025-01-17 10:29:52

İlk gündən bu qadın özünə ölkə ictimaiyyətində kifayət qədər mənfi imic, bəzən də nifrət qazandırdı. Nəticəsi
ölkənin nüfuzuna da xələl gətirdi. ...

Watchman 2025-01-17 01:34:18

Milyonlarla pulu yedirtdiz, cavabında da fiziki zorakılıq aldınız. Heyf ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol