Bu gün dünya şöhrətli Rəşid Behbudovun anadan olduğu gündür. O,1915-ci ilin məhz bu günü Tiflisdə dünyaya göz açıb. Unikal səs sahibi olan Rəşid Behbudovun ailə üzvləri və yaxınları onu Fəxri Xiyabanda ziyarət ediblər.
Biz nə qədər Rəşid Behbudov ölməzdir, sənətilə daim qəlblərdə yaşayır desək də, onun yoxluğunu hiss edənlər var. Bəli, ailəsi, həyat yoldaşı, onun adını, sənətini yaşatmağa çalışan qızı və nəvəsi.
“Əlbəttə zamanın köməyi yoxdur. İllər keçdikcə, insan atamın, Rəşid Behbudovun dahiliyini daha çox dərk edir” – deyə Rəşidə Rəşid bildirib.
Xalq artisti Mübariz Tağıyevi isə təəssüfləndirən dahi sənətkarın doğum günündə onu yad edənlərin çox az olmasıydı.
25 ildir doğum gününü burda, Fəxri Xiyabanda qeyd edən Rəşid Behbudovun anadan olduğu gündə, onun məzarı ətrafında heç 25 nəfər də yox idi.


Şərhlər