Menu

“Azərbaycan və Ermənistan Minsk Qrupunu buraxacaq” – Erməni mətbuatı iddia edir

17.01.2025, 13:35
“Azərbaycan və Ermənistan Minsk Qrupunu buraxacaq” – Erməni mətbuatı iddia edir

Ermənistan və Azərbaycan yaya qədər ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanat təqdim edəcəklər.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadla məlumat yayıb: “Paşinyan yalnız sülh müqaviləsi imzalamaq şərti ilə Minsk Qrupunun buraxılmasına dair dəfələrlə bəyanatlar versə də, Əliyevin ilin əvvəlində Sünikdə güc yolu ilə dəhliz tikilməsi ilə bağlı bəyanatından sonra geri çəkildi və növbəti tələblə razılaşdı. Üstəlik, Ədliyyə naziri Srbuhi Galyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət seçkilərə qədər yeni Konstitusiyanın mətnini hazırlamağı qarşısına məqsəd qoyub. Baxmayaraq ki, Konstitusiya İslahatları Şurası konsepsiyanın 2026-cı ilin dekabrında təqdim edilməsinə qərar verib”.

“AzPolitika.info”

Şərhlər

Müfti Müşfüqlü 2025-01-17 14:54:23

Beynəlxalq Hüquqi qaydanı bilmirəm? Lakin, ATƏTin Minsk qrupu BMT TŞ özünə aid tapşırığın icrası üzrə hesabat və ya operativ icraata manelər haqda Ədalət Məhkəməsi qarşısında hesabatsız necə buraxıla bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol