Menu

Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi

17.01.2025, 20:54
Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərova ağır itki üz verib.

"AzPolitika"  xəbər verir ki, C.Əsgərovun həyat yoldaşı, “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva vəfat edib.

Qeyd edək ki, Zərifə Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktorudur. Tibb Universitetini bitirdikdən və 15 ildən çox Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedranın dosenti işlədikdən sonra Zərifə Həmzəyeva Moskvada elmi-tədqiqat işini müvəffəqiyyətlə müdafiə edib. Z.Həmzəyeva həmçinin "Premium Bank” ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvüdür.

Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.

Bakupost.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol