Menu

“Neft 40 dollara da düşsə, istehsalı azaltmayacağıq...” - OPEC

14.12.2014, 22:15
“Neft 40 dollara da düşsə, istehsalı azaltmayacağıq...” - OPEC

Birləşmiş Ərəb Əmirliklərinin neft sənayesi naziri Suxail əl-Mazrui OPEC-in növbədənkənar toplantı keçirib neftin istehsalı ilə bağlı kvotaları azaltmağa hazırlaşmadığını bəyan edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, neftin qiyməti hətta 40 dollara düşsə belə, toplantının keçirilməyəcəyini bildirib. Nazir Venesuelanın təklifini məhz bu cür şərh edib.

Onun sözlərinə görə, kartel neft 40 dollara düşəcəyi təqdirdə də təcili görüşmək zərurətini müzakirə eləmək üçün ən azı 3 ay gözləyəcək. “Neft bundan sonra da ucuzlaşsa belə, biz öz mövqeyimizi dəyişməyəcəyik”, - deyə əl-Mazuri qeyd edib. “Biz qiymətlərə təsir eləməyə hazırlaşmırıq. Bazar özü-özünü tənzimləməlidir” - əlavə edib o.

Kartelin növbədənkənar iclası haqda OPEC-in baş katibi Abdulla əl-Badri də heç nə bilmir. Jurnalistlərin suallarını cavablandıran baş katib Venesueladan rəsmi hər hansı müraciət almadıqlarını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol