Menu

Parlament seçkisini baş nazirin bloku uddu

15.12.2014, 09:13
Parlament seçkisini baş nazirin bloku uddu

Yaponiyada dekabrın 14-də keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb.

“Media forum” saytı xəbər verir ki, hakim liberal demokratik blok 475 yerlik parlamentdə 325 mandatla təmsil olunmaq hüququ qazanıb: baş nazir Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası 290, müttəfiq Komeyto Partiyası isə 35 mandat əldə edib.

Müxalifətin əsas təşkilatı olan Demokrat Partiyası parlamentin aşağı palatasına 70 deputat keçirə bilib.

14 dekabr seçkisi İkinci Dünya müharibəsinin bitdiyi 1945-ci ildən bəri ən aşağı seçici fəallığı ilə tarixə düşüb: seçkidə səsvermə hüququ olan vətəndaşların 52 faizi iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol