AzTV-nin rəhbəri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu “Həftə” verilişində Rusiyanın Azərbaycana olan son davranışlarını sərt tənqid edib.
O, Azərbaycan Rusiya münasibətlərinə, son günlər Rusiya KİV-də Azərbaycanın əleyhinə səsləndirilən fikirlərə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə şərh verib.
O qeyd edib ki, başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur:
“Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz! Birincisi, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük”.
Daha ətraflı video materialda:


Şərhlər
Az tv cuşa gəlib ,gah ABŞ ı ,inddi müammalı şəkildə dünyanın « ikinci ordusunu » topa tutur .Təhqir məsələsinə gəldikdə ,Sizlər qorxunuzdan səsiniz çıxarmadıqca hər gün rus dövlət telekanalizasiyası bizləri təhqir edəcək ....
BƏS ƏLIŞƏ ATAM DEYIRDIN.........