Menu

Trampdan ilk addım – Gələr-gəlməz bu ölkələri hədəf aldı

21.01.2025, 12:57
Trampdan ilk addım – Gələr-gəlməz bu ölkələri hədəf aldı

ABŞ-nin yeni Prezidenti Donald Tramp Co Bayden administrasiyasının imzaladığı fərmanların bir çoxunu ləğv edib və elə ilk gündən bir çox sərəncamla imzalayıb.

“AzPolitika” xəbər verir ki, onlardan biri Kubanın yenidən “terrora dəstək verən ölkələr” siyahısına əlavə edilməsi olub.

Bunun üzərinə Kuba Prezidenti Migel Diaz-Kanel “X” hesabında etdiyi paylaşımla Trampın qərarına reaksiya verib.

O, Trampın bu hərəkətini “vəzifədən sui-istifadə” adlandırıb.

Xatırladaq ki, Ağ Ev yanvarın 14-də Konqresə göndərilən rəsmi bildirişə əsasən Kubanın “terroru dəstəkləyən dövlətlər” siyahısından çıxarılacağını açıqlamışdı. Qərardan sonra Kubada müxtəlif cinayətlərə görə məhkum olunmuş bəzi məhbusların mərhələli şəkildə azadlığa buraxılmağa başladığı açıqlanıb.

Qeyd edək ki, siyahıda Kuba ilə yanaşı, Şimali Koreya, İran və Suriya da yer alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol