Naxçıvan Dövlət Universitetində qiyabi təhsil başlasa da, tələbə olan yüksək vəzifəli məmurlar dərslərdə iştirak etmirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalına universitetdə çalışan bir qrup müəllim məlumat verib.
Məlumata görə, bu sıraya hüquq fakültəsi tələbələri olan - Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Həmkarlar İttifaqı Şurasının sədri Qəzənfər Abdullayev və digər yüksək vəzifəlilər daxildir. Müəllimlərin sözlərinə görə, universitet rəhbərliyinin göstərişi ilə bu məmurlara qayıb yazmaq qadağan olunub və onlara ən yüksək qiymətlərin verilməsi tapşırılıb.
Təhlükəsizlik səbəbindən adını açıqlamayan bir müəllim bildirib ki, bu göstəriş onları çətin vəziyyətdə qoyur: “Bu məmurların vəzifələri hüquq təhsili tələb edir, buna görə də qiyabi təhsili seçirlər. Lakin dərslərdə iştirak etməyə nə həvəsləri, nə də maraqları var. Özlərinə sığışdırmırlar ki, adi tələbələrlə birlikdə dərs keçsinlər. Buna görə də universitet rəhbərliyinə təzyiq göstərərək dərsə gəlmədən yüksək qiymət almağa nail olurlar. Nəticədə heç bir bilik əldə etmədən məzun olurlar. Bu, saxta təhsilin bir nümunəsidir. Belə şəxslərə verilən diplomlar yalnız formal xarakter daşıyır. Biz etiraz etsək, dərhal deyirlər ki, "istəmirsən, ərizəni yaz, işdən çıx".”
Eyni qrupda təhsil alan tələbələr isə, bərabərlik hüquqlarının pozulmasından narazıdırlar: “Biz dərsə 5 dəqiqə geciksək, qayıb yazırlar, sonra deyirlər ki, kəsilmisiniz. Amma bu məmurlar dərsə ümumiyyətlə gəlmir, yüksək qiymət alırlar. Müəllimlər isə bəhanə gətirir ki, onların işləri çoxdur, dövlət idarə edirlər. Əgər təhsil almaq istəyirlərsə, ya təhsil məzuniyyəti götürsünlər, ya da vəzifədən istefa versinlər.”
Tələbələr bu cür yanaşmanı həm təhsil sisteminə, həm də cəmiyyətin ədalət prinsiplərinə ciddi zərbə vurduğunu hesab edirlər.
"AzPolitika.info"

Şərhlər
Dəryanın və Xəyalın ixtisasları Hüquq ixtisası olmayıb, ancaq buna baxmayaraq imtahansız Universitetin Hüquq fakultəsinə daxil olublar və diplom əldə ediblər, Nəyin hesabına ? OnlARIN OXUMA MÜDDƏTİ YOXLANILMALI VƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR ?
Ölkədə təhsil,səhiyyə niyə bu günə salınıb.?
Naxçıvan Universitetinin verdikləri diplomlar formal xarakter daşıyır. Şəki də Mediator kimi fəaliyyət göstərən Dərya İbrahimxəlilov və Vəkillər Bürosunun rəhbəri Xəyalın aldıqları diplom yoxlanılmalı və hüquqi qiymət verilməlidir ! Onların aldıqları birinci ali təhsil Hüquq ixtisası olmasına baxmayaraq , ikinci təhsil Hüquq ixtisası üzrə Naxçıvan Universitetində Hüquq ixtisası almışıar, farmal olaraq......?Araşdırılmalıdır....?
AZERBAYCANDA ƏDALƏT ANCAQ BOŠ SŌZ OLARAQ BINE DE TŪRMENIN QAPISINDA YAZILIB.....
Buna diplom alveri deyilir.Azərbaycanda təhsil niyə bu günə salınıb?Vəzifələrə təyin edilənlərin çoxunun diploçu.sertifikatları saxtadır.Bu məsələyə ciddi yanaşılmalıdır.Xaricə turist kimi gedib pulla sertifikat.ixtisas kursları keçməsi barədə nə zədər saxta diplomlu vəzifəlilərimiz var.Bunu hakimiyyət niyə araşdırmaq istəmir7
Olmazmi ki, o, kif atmishlarin yerine normal huquqi tehsil almish minlerle cavan kadrlardan teyin edeler, tehsilli gencler qalib ishsiz, sizlerde bu muzdurlari ishe teyin edirsiniz, onlar hamisi isti qanad altinda yatanlardir!
Budur Azərbaycan həqiqətləri ,sorada deyirlər flan məmurun beş-altı diplomu var ,beş -alttı dilidə danıışıır lakin öz dilində xalqla danışa bilmir