Menu

Rusiyada silah satışı artıb

15.12.2014, 09:46
Rusiyada silah satışı artıb

2013-cü ildə 100 şirkətin siyahısında olan on Rusiya firmasının silah satışı, ümumilikdə 31 milyard dollar olub.

İsveçdə yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2012-ci ildə Rusiyanın silah satışı 20 faiz artıb.

Dekabrın 15-də açıqladığı hesabatda beyin mərkəzi bildirib ki, qlobal müdafiə xərclərinin azalmasına baxmayaraq, Rusiyanın silah satışı Moskvanın investisiyası sayəsində genişlənir.

Qurumun araşdırmaşısı Siemon Wezeman deyib ki, Rusiya hökuməti 2000-ci illərdə silah alışına fasiləsiz investisiya qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol