Menu

Tanınmış türk jurnalist ailəsi ilə birlikdə yanğında öldü - FOTO

22.01.2025, 20:44
Tanınmış türk jurnalist ailəsi ilə birlikdə yanğında öldü - FOTO

Türkiyənin Bolu bölgəsində Kartalkaya turizm mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən dəhşətli yanğında həyatını itirlənlərin sayı 76 nəfərə yüksəlib.

“AzPolitika” xəbər verir ki, Türkiyənin aparıcı nəşrlərindən olan “Sözcü”nün yazarı, tanınmış jurnalist Nedim Türkmen və ailəsi də yanğın zamanı həlak olublar.

Məlumata görə, Boluda baş verən yanğında jurnalist Nedim Türkmen, həyat yoldaşı Ayşe Neva, qızları Ala Dora (18) və oğulları Yüce Ata da (22) həyatını itirib.

Digər tərəfdən Nedim Türkmenin qızının oteldə yanğın başladığı dəqiqələrdə sosial şəbəkə hesabından etdiyi paylaşım da ortaya çıxıb. 

Ela Türkmen paylaşımında bu ifadələri işlədib: “Grand Kartal otağı 9013 eniş zolağına baxan tərəfə, ailəmdən xəbər yoxdur. Yanğında qapalı qaldıq təcili yardım edin”.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol