Menu

Tramp gələr-gəlməz ortalığı qarışdırdı - Bu ölkə BMT-yə şikayət məktubu ünvanladı

22.01.2025, 16:15
Tramp gələr-gəlməz ortalığı qarışdırdı - Bu ölkə BMT-yə şikayət məktubu ünvanladı

Panama ABŞ-nin yeni Prezidenti Donald Trampı Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

“AzPolitika” xəbər verir ki, buna səbəb Trampın Panama kanalı ilə bağlı səsləndirdiyi mübahisəli fikirlər olub.

Panam Trampın bəyanatlarının onların suveren hüquqlarını pozduğunu əsas gətirib.

BMT-nin baş katibi Antonio Quterreşə göndərilən məktubda BMT Nizamnaməsinin üzv dövlətlər arasında güc tətbiq etmə təhdidini qadağan edən maddəsi xatırladılıb və məsələnin Təhlükəsizlik Şurasına çıxarılması tələb olunub.

Xatırladaq ki, Tramp bu günlərdə etdiyi çıxışında “Kanalı Çinə deyil, Panamaya verdik və geri alırıq”,- şəklində açıqlaması olub. Bu bəyanat Panama prezidenti Xose Raul Mulino tərəfindən qətiyyətlə rədd edilib.

Mulino Davosda keçirilən Dünya İqtisadi Forumunda Trampın iddialarını təkzib edərək, “Kanal Panamanındır və belə qalacaq” deyib.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2025-01-22 17:21:41

Siyasi dünyanın növbəti ümidli-D.Tramp dövrü başlanıb. O, seçilən kimi səlahiyyətinin ABŞ sərhəddi daxilində olduğunu xatırladıb! Münaqişələr tarixinə baxaq. Ağ Ev İsrail-Fələstin münaqişəsini ABŞ dövləti və möhtəşəm xarici arsenalı ilə 1968ci ildən həll edir? İcraçılar hazırda D.Tramp *Durun* deyən kimi Atəşkəsə razılaşıblar! Sonrakı qəti-daimi olacaqmı???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol