Menu

Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb

22.01.2025, 17:07
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.

Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.

İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.

Şərhlər

Kohne 2025-01-22 18:02:35

RŌVŠƏN ƏSGƏROV KIŠI ADAMDIR...SŌZŪN DŪZŪNŪ DEYIB...ONA GŌRƏ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol