Menu

Türkiyə ordusu son bir həftədə 69 terrorçu öldürüb

23.01.2025, 13:26
Türkiyə ordusu son bir həftədə 69 terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində 69 terrorçu öldürüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat brifinqində məlumat verilib.

Qeyd edilib ki, terrorçular ölkə daxilində, eləcə də İraq və Suriyanın şimalı daxil olmaqla, sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində öldürülüb.

Məlumata görə, yanvarın 1-dən bu günə qədər 64-ü İraqın, 157-si Suriyanın şimalında olmaqla, öldürülən terrorçuların sayı 221-ə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol