Menu

Ukraynadakı münaqişənin həlli tamamilə Rusiyadan asılıdır - ABŞ Prezidenti

23.01.2025, 23:20
Ukraynadakı münaqişənin həlli tamamilə Rusiyadan asılıdır - ABŞ Prezidenti

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin indi tamamilə Moskvadan asılı olduğunu və Kiyevin buna hazır olduğunu bildirib.

APA xəbər verir ki, amerikalı lideri bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tez bir zamanda görüşməyə və Ukraynadakı münaqişəyə son qoymağa ümid etdiyini qeyd edib.

“Bir məsələ çox vacibdir. Mən qısa zamanda Prezident Putinlə görüşmək və bu müharibəyə son qoymaq imkanı əldə etmək istərdim”, - dövlət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol