ABŞ Prezidenti Donald Tramp “FoxNews” telekanalınamüsahibəsində ŞimaliKoreyalideriKim Çen Inla əlaqə saxlayıb-saxlamayacağı ilə bağlı suala cavabında onunla əlaqəq quracağını deyib.
“O, ağıllı adamdır (Kim Çen In-red.). O, məni bəyənir və mən onunla yaxşı anlaşıram", - Tramp deyib.
Xatırladaq ki, Tramp 2019-cu ilin iyununda yarımadanı Şimali və Cənubi Koreyaya bölən “demilitarizasiya zonasında” Şimali Koreya lideri Kim Çen Inla görüşüb əl sıxıb və Şimali Koreya torpağına ayaq basan ilk ABŞ prezidenti olub.
“AzPolitika.info”


Şərhlər