"Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır".
"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
XİN rəhbəri hesab edir ki, Ankara Ukraynadakı münaqişənin həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır.
“Biz görürük ki, Ukraynada demək olar ki, dörd ildir davam edən müharibə indi dönüş nöqtəsinə yaxınlaşır Müharibəni mümkün qədər tez bitirmək məqsədi ilə danışıqlar prosesinin canlandırılmasına yönəlmiş təşəbbüsləri alqışlayırıq”- deyə, Fidan bildirib.
"AzPolitika.info"


Şərhlər