Menu

Qvatemalaya ABŞ-dən qanunsuz miqrantların olduğu ilk təyyarələr gəlib

25.01.2025, 08:06
Qvatemalaya ABŞ-dən qanunsuz miqrantların olduğu ilk təyyarələr gəlib

ABŞ-dan deportasiya edilən ilk qeyri-qanuni miqrantlar iki təyyarə ilə Qvatemalaya çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Qvatemala Miqrasiya İnstitutunun saytında məlumat verilib.

Qaytarılan 80 nəfərin 31-i qadın, 48-i kişi və biri yeniyetmədir.

Gələnlər qeydiyyata alındıqdan sonra onlara yemək, geyim, gigiyena dəstləri, psixoloji dəstək, telefonla təminat verilib.

Hazırda onlar Miqrantlara Yardım Mərkəzinin sığınacağında yerləşdirilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol