Menu

Erməni nazirlər Tehranda

15.12.2014, 11:48
Erməni nazirlər Tehranda

Onlar hökumətlərarası komissiyasının iclasında iştirak edəcəklər

Bu gün Ermənistan hökumətinin yeddi üzvü Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün Tehranda olacaqlar.

ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə “Mediamaks” İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, komissiyanın işində Ermənistanın energetika və təbii sərvətlər, maliyyə, nəqliyyat, xarici işlər, kənd təsərrüfatı, şəhərsalma və səhiyyə nazirləri iştirak edəcəklər.

Bu ilin oktyabrında Ermənistanın Baş naziri Ovik Abramyan Tehrana səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol