Menu

TANINMIŞ BİZNESMEN HƏBS EDİLDİ - Mehdiyev dələduzluqda ittiham olunur

27.01.2025, 21:10
TANINMIŞ BİZNESMEN HƏBS EDİLDİ - Mehdiyev dələduzluqda ittiham olunur

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

"AzPolitika" "qafqazinfo"ya istinadla xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.

“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə saytımıza da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

Şərhlər

Məzahir 2025-02-04 19:42:45

Bunun bulamadığı yer qalmayıb ki!Onu oraya buraxan xalqa ümən kəilən,milli qarışıqlardır.Azərbaycan bunardan azad olmadıqca.təmiz Azərbaycan türkünə nicat olmayacaq...

Mabudov 2025-02-02 22:50:13

Bu komentariləri oxuyan varmı7Yaxşı olardı moderator bunları toplatıb aidiyyəti üzrə gönərə..Bəlkə hakimiyyət yuxudan ayıla

Kohne 2025-01-27 22:12:12

Meşədi meşə.....

Hikmət 2025-01-27 14:44:11

Hakimiyətə yaxınları,qohumları; biznesmen qayırırlar.onlara yaşıl işıq verib ölkədə bahaçılıq,dözülmə həyat yaradırlar.Tarif çurası da onlara xidmət edir.Hakimiyyəti isə sadə xalqın həyatı.yaşamı maraqkandırmır.Bu Azərbaycan reallığıdır.

Vətəndaş 2025-01-27 11:17:18

Azərbaycanda biznes iri məmurlara yaxın ,onlara qohum olan şəxslərin əlində olduğu,ona görə də onlarınqanunsuz,oğru əməllərinin uzun müdət üstünün açılmaması,onlara gömrük və vergidə güzəştlər ,onların himayə olunması Azərbaycanda normal biznesi.normal sahibkarlığı ağlar günə qoyub.Bir açıqlayın görək bu Mehdiyev kimdir,kimin qohumu və ya övladıdır?Bunun kimi digər başa bəla biznesmenlər:Xalq bunların üzündən,onların tələbi ilə Tarif şurasının qiymət qrtımlarından çıxılmaz hakla gəlib və soyğumçuluq siyasəti avam edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol