Azad olunan ərazilərdə yanvarın 20-26-da 69 tank əleyhinə mina, 108 piyada əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 705,6 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Şərhlər
BMT TŞ, ATƏT, AŞPA, Aİ və Ermənistanla tərəfdaş dövlətlərə ayrıca rəsmi NOTlar təqdim edilməlidir ki, Hərbi genosid işğalından üç il keçməsinə baxmayaraq, ərazini yarısını minalardan azad etmək mümkün olmayıb? Rəsmi Bakı, Kremlin üç tərəfli razılaşması üzrə təslim Ermənistanın mümkün istinad xəritəsi, yardım, ya təzminatlar ödəmədiyini bəyan edib!