Prezident İlham Əliyev bir çox sahələrdə çalışanların aylıq vəzifə maaşlarını artırıb. 

"AzPolitika.info" xəbər verir ki, Prezident bununla bağlı Fərmanlar imzalayıb.

Belə ki;

- Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilI aylıq vəzifə maaşlarıa orta hesabla 10 faiz artırılıb;

-Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşların orta hesabla 10 % artırılıb;

-Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

-Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 10 faiz artırılıb;

Bundan əlavə Prezident İlham Əliyev Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları artırılması barədə də Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb:

1.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

1.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

1.8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

1.10. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

1.11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.12. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

1.13. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

1.14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Bu Fərmanın 1.1–1.6-cı bəndlərində nəzərdə tutulan dövlət orqanlarının dövlət qulluqçusu olmayan, əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün qüvvədə olan Vahid Tarif Cədvəlinə uyğun məbləğlərdə müəyyən edilməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinə bu fərmanlardan irəli gələn məsələləri həll etmk tapşırılıb. 

Eyni zamanda Maliyyə Nazirliyi və müvafiq dövlət orqanları fərmanlardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərmanların 2025-ci il yanvarın 1-dən tətbiq edilməsi də qeyd edilib. 

"AzPolitika.info"