Menu

Avtomobil idxalında son vəziyyət

15.12.2014, 12:44
Avtomobil idxalında son vəziyyət

“Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 56 804 ədəd avtomobil idxal olunmuşdur. Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 36882 ədəd və ya 39,4% azdır. Belə ki, ötən ilin 10 ayı ərzində Azərbaycana 93 686 ədəd avtomobil gətirilmişdi.

OKTYABRDA İDXAL ARTIB

Noyabrda ölkəmizə 4718 ədəd avtomobili gətirilib, halbuki oktyabrda 4102 ədəd avtomobil idxal olunmuşdu. Bu da noyabrda idxalın bir ay əvvəllə müqayisədə 616 ədəd artdığı deməkdir.

Yanvar-noyabr ayları ərzində 310 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 51 589 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4580 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 325 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

MİNİK AVTOMOBİLLƏRİNİN İDXALI KƏSKİN AZALIB

Bu ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 33585 ədəd və ya 39,4% azalıb. Eyni dövrdə yük avtomobillərinin idxalı 34,6% azalıb.

Qeyd edək ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid və kreditlərin sərtləşdirilməsi ilə bağlıdır.

Bu il Azərbaycana avtomobil idxalının 60-62 min ədəd civarında olacağı gözlənilir. Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385 ədəd avtomobil idxal olunmuşdu.

Avtomobil idxalı: yanvar-noyabr 2014

Yanvar 6 477 ədəd

Fevral 6685 ədəd

Mart 9349 ədəd

Aprel 4221 ədəd

May 3844 ədəd

İyun 3783 ədəd

İyul 3979 ədəd

Avqust 4938 ədəd

Sentyabr 4708 ədəd

Oktyabr 4102 ədəd

Noyabr 4718 ədəd

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol