Menu

Gömrükdə 3 aydır maaşlar niyə verilmir? – DGK sədrindən açıqlama

28.01.2025, 14:30
Gömrükdə 3 aydır maaşlar niyə verilmir? – DGK sədrindən açıqlama

Son günlər mediada Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının 3 aydır əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb. Qeyd olunur ki, hər hansı bir səbəb göstərilmədən maaşlar gecikdirilir.

DGK-nin sədri Şahin Bağırov “Gununsesi.info”-ya açıqlamasında bu barədə sualı cavablandırıb: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Mühasib 2025-01-29 08:35:47

Bir yoxlayan varmı ki.gömrüyün tələb etdiyi hesaba nə qədər pul daxil olur və bunun nə qədəri büdcəyə daxil edilir? Niyə ödəmələr bir başa büdcəyə daxil edilmir?Buna niyə və nə məqsədlə yol verilir?

Vaqif 2025-01-28 21:24:41

Sahibkarlardan sorulan gömrük pulları hara gedir bəs? Bu adamdan soruşasan ki, sən təmiz işləyirsənsə nəynən ailəni dolandırırsan? Budur ağız dolusu deyilən analoqu olmayan inkişaf?

Vətəndaş 2025-01-28 20:55:33

Gömrūkçù insan deyil ki? Heçdə būtūn gömrūkçulər rūśvət almir, amma belə getsə almayanlarda alacaq.Onlarinda övladlari var, ,onlarda yemək yeməlidii, her ay išiq, su , qaz və digər komunal xercleri ödəməlidirlər, 3 ay əmək haqqi almayan əməkdaş ne etməlidi? Şahin mūəllim bu suala cavab versəydi daha yaxši olardi.

Mərdan 2025-01-28 17:57:40

Normal zəhmətkeşin maaşı 3-5 gün gecikdiriləndə o ailə yaşam çətinliyinə düşür.Bəs bu işçilər 90-120 gün necə və hansı vəsaitlə yaşayıblar? Yəqin rüşvət alma səbəbindən bunların maaşa heç ehtiyacları olmayıb.

Sahibkar 2025-01-28 17:26:10

Rüşvət olam yerdə maaş nəyə gərəkdir?Ona görə də bunu bildiklərindən maaşı gecikdirirlər.Bilirlər ki,gömrükçülərə maaş verilməsə belə onlar cətinlik çəkməyəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol