Qardaş ölkədə həbs dalğasından sonra aksiyalar başlayıb
Türkiyədə aralarında “Samanyolu” media şirkətinin rəhbəri Hidayət Qaraca və “Zaman” qəzetinin baş direktoru Əkrəm Dumanlı da olmaqla 32 nəfər media nümayəndəsi həbs olunub.
ANS TV-nin məlumatına görə, baş verənlərə qarşı etirazlar olsa da, ilk sərt reaksiya Mardin vilayətindən gəlib. Bir qrup fəal yolları kəsərək hökumətə qarşı etiraz edib. Fəallar yanıcı- kəsici maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb, həbs olunanlar var. Qarşıdurmalar nəticəsində çoxsaylı zorakılıqlar halları qeydə alınıb. Saxlanılan 32 nəfər media nümayəndəsinin “paralel hökumət” formalaşdırmaqda ittiham olunan “nurçular”la əlaqəsi olduğu ehtimal edilir.
Qrupun lideri molla Məhmət Doğan özünü nur tələbəsi kimi təqdim edib. Lakin Məhmət Doğan ilə “nurçular”ın lideri Fətullah Gülən arasında bəzi dini görüşlərdə fərqlər olduğu qeyd edilir.


Şərhlər