Menu

Paris və Berlin Poroşenkonu islahatların icrasına çağırıb

15.12.2014, 13:32
Paris və Berlin Poroşenkonu islahatların icrasına çağırıb

Dekabrın 14-də Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukrayna lideri Petro Poroşenkonu islahatların icrasına çağırıb.

Merkelin nümayəndəsi Şteffen Zaybertin sözlərinə görə, hər 2 lider telefonda Poroşenkodan "planlaşdırılmış kəskin islahatların icrasını" tələb edib. Zaybert bildirib ki, yalnız bu yolla iqtisadiyyatı bərpa etmək və zəruri beynəlxalq maliyyə yardımlarını artırmaq olar.

Ötən həftə Ukrayna parlamenti yeni hökumətin ciddi islahatlarla bağlı iqtisadi proqramını təsdiqlədi. Proqram BVF və digər donorlardan milyardlarla dollar maliyyə yardımı əldə etməyə yönəlib. Baş nazir Arseniy Yatsenyukun hazırladığı proqramda vergi sistemində islahatlar, enerji rüsumlarının qaldırılması, dövlət şirkətlərinin özəlləşdirilməsi nəzərdə tutulub. Məqsəd Ukraynanı müflisliyə gətirib çıxaran korrupsiya ilə mübarizə aparmaqdır.

Poroşenko Merkel və Ollanda bildirib ki, ötən həftəki atəşkəsdən bəri Şərqi Ukraynada rusyönümlü separatçılarla münaqişədə ölüm halları olmayıb. Buna baxmayaraq, atəşkəsin bəzi şərtləri pozulub. Hər 3 lider etiraf edib ki, sentyabrda Minskdə bağlanmış atəşkəs Ukrayna böhranının davamı həlli üçün yeganə yoldur. /"eunews"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol