Menu

Türkiyədə yaşayış binasında yanğın baş verib, xəsarət alanlar var

29.01.2025, 20:24
Türkiyədə yaşayış binasında yanğın baş verib, xəsarət alanlar var

Türkiyədə tikintisi tamamlanmamış yaşayış binasının mənzillərindən birində yanğın olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə İzmir vilayətinin Aliağa rayonunda qeydə alınıb.

Yanğın nəticəsində səkkiz nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol