“Bakı istiqaməti bu ölkələr üçün sərfəli marşruta çevrilir” – Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyəti artır

“Zamanında min bir əziyyətlə qurub-yaratdığımız enerji infrastrukturu hazırda Bakının Xəzərin enerji qovşağına çevrilməsi ilə nəticələndi. Türkmənistan, Qazaxıstan və Özbəkistan üçün Bakı istiqaməti özlərinin enerji məhsullarının bir hissəsini dünya bazarlarına çıxartmağın sərfəli və qısamüddətli yoluna çevrilir”.

“AzPolitika” xəbər verir ki, bunları neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şaban bildirib.

“SOCAR-ın bu gün ictimailəşdirdiyi məlumata görə, Xəzərdəki “Kaşağan” yatağından çıxarılan Qazaxıstan neftinin ilk partiyası (6 min ton) Səngəçal terminalına çatdırılıb”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, ilk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinə məxsus “Taraz” tankeri ilə daşınıb: “Bundan sonra neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə başlanacaq. Qeyd edim ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra rəsmi Astana neft ixrac marşrutlarını diversifikasiya etmək qərarına gəlib. Bu baxımdan, ötən il “Tengiz” yatağından artıq 1,5 milyon ton neft Azərbaycan vasitəsilə dünya bazarlarına göndərilib. Yaxın illərdə Qazaxıstan Azərbaycan ərazisindən neft tranzitinin həcmini 2,2 milyon tona çatdırmağı planlaşdırır”.

“AzPolitika.info”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...