TALIBOVLAR “NAXÇIVAN” UNİVERSİTETİNİ NECƏ ƏLƏ KEÇİRİB? – Təsisiçi şok faktlar açıqladı

“Guya universiteti 301 min manata satmışam, reallıqda isə 1 qəpik də pul verilməyib"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və onun yaxın ətrafının yeni əməlləri üzə çıxır. Qeyd edək ki, Talıbov istefaya göndərildikdən keçən 3 il müddətində mediada onun ailə üzvlərinin Muxtar Respblkikadakı bütün gəlirli sahələri ələ keçirdiyi, yüz milyonlarla manat dövlət vəsaitini taladığına dair iddialar səslənib. Talıbovlar bu iddiaları təkzib etməyib.

"Naxçıvan" Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev də Talıbovların onun yaratdığı təhsil müəssisəsini zorla ələ keçirdiyini açıqlayıb. 

Onun sözlərinə görə, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb: "2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib".

İ.Əliyev "Naxçıvan" Universitetini 1999-cu ildə yaradıb. Həmin ilin 2 iyulunda universitet Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.

Vaxtilə V.Talıbovun da müəllimi olduğunu xatırladan İ.Əliyevin sözlərinə görə, keçmiş tələbəsi əmlakını zorla əlindən alsa da, qorxduğu üçün heç yerə şikayət edə bilməyib: "Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ mənə məxsusdur. Onu da vermədilər".

İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.


2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilib. 1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.

2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra "Naxçıvan" Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov "Naxçıvan" Universitetinin yeni rektoru təyin edilib.

Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.

Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.

"Naxçıvan" Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: "Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb".

“AzPolitika.info”

Şərhlər

Roma 2025-02-03 11:33:03

Talıbovların bu qədər qanunsuzluqlarına nə üçün göz yumulur???...Deməli Naxçıvanı bu ailə basıb yeyirmiş...Cinayət, korrupsiyaya bulaşmış ailə, qanunsuzluqlar göz qabağındadır, həbs olunmalıdılar...

Arif 2025-02-03 09:34:33

Vasiflər ölkəmizi dağıdırlar

Şəkili 2025-02-02 20:23:45

Naxçıvan Dövlət Universitetini qiyabi qurtaranların diplomları araşdırılmalı və hüquqi qiymət verilməlidir. Heç bir Hüquqi təhsili olmayan "topal teymur" ləqəbli Dərya İbrahimxəlilov , Naxçıvana getmədən Univertsitetin Hüquq üzrə bakalavır diplomunu əldə etmişdir, Bu diplomla "topal teymur" ləqəbli Dərya Şəki Mediasiya şurasına rəhbərlik edir.

hhh 2025-02-02 02:41:04

delıxanadıyeer

Eli 2025-02-01 14:27:45

Zülmün topu var güllesi var qelesi varsa,Haqqın da bükülmez qolu geri dönmez üzü vardlr.Göz yumma Güneşden ne qeder nuru qaralsa,Sönmez ebedi her gecenin gündüzü vardlr.İsmayıl bey darıxma Haqq gec tez Qelebe çalacaq.

Eli 2025-02-01 14:16:30

Bütün Naxçıvan Ziyalıları İsmayıl müellimi mükemmel bir İnsan Ziyalı kini tanıyır ve qebul edir.Bunu istenilen şexsden soruşsanız men deyenleri tesdiq eder o tam haqlıdır öz mövqeyinde.Yeüin ölkede bir vucdanlı şexs tspılar bu meseleni Edaletle hell eder,sxi bu qeder alahsızlıq qanunsuzluq olmaz.

Savadsiz 2025-02-01 00:15:32

Agsaqqal da legv olunub neyin davasini eliyirsen esas odu canin sagolsun

Roma 2025-01-31 17:27:33

Talıbovların qanunsuz əməlləri barədə istəyir lap yüzlərlə sübutlar olsun, onlara toxunan olmayacaq...yəni "toxunulmazlığ" hüquqları var, qanun onlar üçün deyil.

Nazim 2025-01-31 15:42:32

Biz vətən oğulları isə bu məmurlrın qullarına çevrilmişik

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...