Menu

Azərbaycan manatının dövretmə sürəti azalıb - Mərkəzi Bankın məlumatı

01.02.2025, 15:51
Azərbaycan manatının dövretmə sürəti azalıb - Mərkəzi Bankın məlumatı

Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB)  xəbər verilir ki, bu, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə 0,12 bənd az, 2024-cü ilin əvvəlinə nisbətən 0,03 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol