Menu

Türkmən dili Şimali İraqda dövlət dili statusu qazandı

15.12.2014, 14:34
Türkmən dili Şimali İraqda dövlət dili statusu qazandı

Kürdüstan Regional rəhbərliyi başçısı Məsud Bərzani rəsmi dil qanununu təsdiq edib. Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Kürdüstan regional rəhbərliyində kürd və ərəb dillərindən başqa, türkmən və erməni dili də rəsmi dil statusu qazanıb.

Qanunun qəbul olunmasından sonra Kürdüstan parlamentinin mətbuat katibi Tarıq Cövhər müvafiq qanunun 29 oktyabrda Kürdüstan parlamenti tərəfindən qəbul edildiyini, 20 noyabrda isə Bərzaniyə təqdim olunduğunu bildirib. Məsud Bərzani qanunu təsdiq edərək qüvvəyə minməsi üçün hökumətə göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol