Menu

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır

03.02.2025, 15:46
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol